Sən olsaydın qəşəng qız
Danışmazdı gözlərim
Bağırmazdı sözlərim
Bəlkə də bağırardı
nə bilim.
Canı cəhənnəmə bəlkələrin də.

Yaman darıxmışam, qəşəng qız
Buludlar göy üzünü alıb əlimdən.
Qapı da cırıldayır üstünə qışqırmışam.
Tör-töküntü otağı, təzəcə yığışdırmışam!

Qəşəng qız, kitab rəfimdə kitabların
adlarındakı hərfləri toplayıram,
adını oxuyuram.
Oxuyuram adını deyirəm uca səsdən
əlin dəyir əlimə.
Qırılmış gitaramın simləri də qışqırır:
“Sən olsaydın, Qəşəng qız, o qəşəng səsin,
qarışardı səsimə.”

Şəhərdə bir ağac var, çinar ağaclarıdır.
sənə də göstərmişəm.
İndi payızdır, yarpaqları çinarın deyirlərki, solurmuş.
Onlar solmur, Qəşəng qız, bu sevginin rəngidir: “Narıncı!”
Heç sən demə sevgi belə olurmuş
Biraz qəşəng, bir də ki sən
daha yoxdur axrıncı.

Ulduzların gözləri ilə gördüm səni gecə yarı
Sən varsan, Qəşəng Qız

Yorum bırakın